account-addressaccount-ordersaccount-passwordaccount-paymentaccount-preferencesaccount-profileform-errorform-validGroupvideo-pausevideo-play

PUMA şirkəti haqqında/PUMA - geyim, ayaqqabı, aksesuar istehsal etməklə, dünyanın ən böyük idman brendlərindən biridir. 65 il müddətində PUMA planetin ən sürətli idmançıları üçün onların nailiyyətlərindən ilhamlanaraq idman geyimləri istehsal edir. PUMA futbol, qaçış, treyninq, qolf, MotorSport kateqoriyaları altında idman və lifestyle kolleksiyalarını innovativ texnologiyalara üstünlük verməklə yaradır. Bundan başqa, PUMA idman sahəsinə cəsarətli ideyalar gətirmək üçün Alexander McQueen və Mihara Yasuhiro kimi parlaq dizaynerlərlə əməkdaşlıq edir.

PUMA rəsmi internet mağazasında geyim, ayaqqabı və aksesuarların geniş çeşidi təqdim edilib.

Məşhur Puma oyunçuları sırasında Sergio Agüero, Cesc Fàbregas, Marco Reus, Radamel Falcao, Olivier Giroud, Mario Balotelli, eləcə də, braziliyalı futbolçulardan Marta Vieira da Silva da yer alır. PUMA bir neçə futbol klubu və milli futbol yığmasına rəsmi sponsorluq edir. Onlara İtaliya, Avstriya, İsveçrə yığması, Uruqvay, Çili, Qana, Kot-d’İvuar, Kamerun, həmçinin, Borussiya Dortmund, Nyukasl Yunayted, Arsenal FK, Milan kimi futbol klubları da daxildir. İnnovativ qaçış krossovkaları olan PUMA Faas və PUMA Mobium dünyanın ən sürətli insanı Usain Bolt tərəfindən təqdim edilib.

Rickie Fowler, Ian Poulter, Lexi Thompson, Graham DeLaet , Greg Normanvə Will MacKenzieCOBRA PUMA GOLF kolleksiyasını təmsil edirlər.

PUMA Lifestyle, MotorSport kolleksiyası kimi Ferrari, BMW MotorSport, Mercedes AMG Petronas lisenziyalı məhsullarını təqdim edir.

PUMA idman həyat tərzinin simvolu olan Suede, El Rey, Roma, Clyde, Mostro, Speed Cat, Basket, Disc Blaze, GV Special, Trinomic kimi tanınmış modellərin ixtiraçısıdır. Meek Mill, Solange və Bucky Lasekilə əməkdaşlıq sayəsində PUMA lifestle kateqoriyasını uğurla inkişaf etdirir.

PUMA məhsulları 120-dən çox ölkədə təqdim edilir, dünya üzrə işçi sayı isə 10 000-ə yaxındır. Şirkətin rəsmi qərargahı Almaniyada, Herzoqenaurax şəhərində yerləşir.